Rusiyanın yeni xarici siyasət konsepsiyası üzərində iş çox aktiv gedir, bu kollektiv prosesdir.
Banker.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Konsepsiya hazırda işlənilir, bu kollektiv proses aktiv gedir. O, hər hansı konsepsiya, doktrina sənədi kimi kollektiv analitik, elmi və digər səylərin nəticəsidir”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Qeyd edək ki, Rusiyanın sonuncu xarici siyasət konsepsiyası 2016-cı ildə qəbul olunub.