15 C
Baku
Saturday, April 20, 2024

“Rusiyaya G20 toplantısından öz məqsədləri üçün istifadəyə icazə verilməməlidir”

“Rusiyanın İndoneziyada keçirilən G20 xarici işlər nazirlərinin görüşündən öz məqsədləri üçün istifadə etməsinə icazə verilməməlidir”.

Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

Onun sözlərinə görə, beynəlxalq hüquqa hörmət edilməsini və əməl olunmasını təmin etmək hamının marağındadır. Berbok həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə ortaq cavab verməyə çağırıb.

Almaniya Xarici İşlər Nazirliyinin daha əvvəl bildirdiyinə görə, iyulun 7-də Balidə başlayacaq G20 xarici işlər nazirlərinin iki günlük konfransında Berbok rusiyalı həmkarı Sergey Lavrovla şəxsən görüşməyəcək.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər