25 C
Baku
Friday, April 19, 2024

Rusların Maliyyə Nazirliyi rublun ucuzlaşacağı qənaətindədir

Rusiyanın Maliyyə Nazirliyi dollara qarşı rublun məzənnəsinin 2036-cı ilədək 73,9 rubladək ucuzlaşacağını proqnozlaşdırır.

Rusiya KİV-inə istinadən, Maliyyə Nazirliyinin proqnozuna əsasən, rublun məzənnəsi 2021-2025-ci illərdə 66,4 RUB/USD, 2026-2030-cu illərdə 71,1 RUB/USD, 2031-2035-ci illərdə 73,9 RUB/USD təşkil edəcək.

Həmçinin bu müddətdə neftin qiymətinin 40-50 dollar/barel səviyyəsində stabilləşəcəyi proqnozlaşdırılır. Proqnoza əsasən, “Ural” markalı neftin qiyməti 2021-2025-ci illərdə 55,2 dollar/barel, 2026-2030-cu illərdə 52,2 dollar/barel, 2031-2035-ci illərdə 54,9 dollar/barel olacaq.

Report

Son xəbərlər
Digər xəbərlər