6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Sədr idarə etdiyi bankda yeni səhmlər alıb

“Unibank KB” ASC-nin sədri bankın emissiya etdiyi səhmlərdən satın alıb.

Banker.az bu barədə əldə etdiyi rəsmi sənədə istinadən xəbər verir.

Məlumata görə, Faiq Hüseynov Arif oğlu “Unibank”ın yeni buraxdığı səhmlərdən 5 142 ədədini sahib olub. Əqd 16 dekabr 2021-ci il tarixində, “Unicapital İnvestisiya Şirkəti” ASC-də bağlanıb.

Bununla da, bankın İdarə Heyətinin sədri Faiq Hüseynovun əldə etdiyi səhmlərin sayı 134 394 ədəd olmaqla bankın səhm kapitalının 0.2797%-nə sahib olur.

Qeyd edək ki, Bakı Fond Birjasında Unibank-ın hər birinin nominal dəyəri 2,72 manat olan, ümumi dəyəri 5 000 001.92 manat məbləğində, 1 838 236 ədəd əlavə buraxılmış sənədsiz səhmləri yerləşdirilmişdi. Həmin səhmlərdən 4 727 052.64 manatını Müşahidə Şurasının sədri Eldar Qəribov,177 110.08 manatını isə Müşahidə Şurasının üzvi Emin Quliyev əldə etmişdilər.

Son xəbərlər
Oxşar xəbərlər