9 C
Baku
Thursday, December 12, 2024

Səfir: Azərbaycan və BƏƏ arasında viza rejiminin ləğvi turizm sahəsində inkişaf üçün imkanlar yaradır

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında viza rejiminin ləğvi turizm sahəsində, xüsusilə tibbi turizmdə inkişaf üçün imkanlar yaradır.

Bunu müsahibəsində BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi deyib.

Səfir qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq üçün bərpa olunan enerji, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, səhiyyə və ekologiya kimi sahələr də var:

“Logistika, informasiya texnologiyaları, innovasiya və süni intellekt sahələrində əhəmiyyətli perspektivlər görürük. Maliyyə və investisiya sahələri də olduqca cəlbedici görünür. Həmçinin aparıcı yerli şirkətlərlə birgə müəssisələr yaratmaq imkanları var. Son olaraq isə, fikrimcə, tikinti, daşınmaz əmlak, eləcə də françayzinq kimi sektorlar ölkələrimiz arasında tərəfdaşlıq üçün müxtəlif istiqamətləri nümayiş etdirir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər