29 C
Baku
Thursday, July 25, 2024

Səhiyyə naziri: “Ola bilər ki, COVID-19-a qarşı mövsümi peyvəndləmə bəyan olunsun”

“COVID peyvəndlərinin mövsümi peyvənd kimi istifadə edilməsi ilə bağlı ehtimal mövcuddur”.

Bunu səhiyyə naziri Teymur Musayev informasiya agentliklərinə açıqlamasında deyib.

Nazir bildirib ki, gözləntir elədir ki, kollektiv immunitet nəticəsində ola bilsin ki, pandemiyanın sona çatdığı elan olunsun:

“Amma çox ehtiyatlı olmalyıq. Payız ayına kimi müəyyən gözləntilər var. Payızda sıçrayış olmasa bu məsələ qapalı kimi elan oluna bilər. Müəyyən vaxt keçdikcə kollektiv immunitet zəifləyir. Bununla bağlı hər hansı bir dəyişiklik olsa ola bilsin ki, COVID-19-a qarşı mövsümi peyvəndləmə bəyan olunsun”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər