12 C
Baku
Monday, April 15, 2024

Səhmlərini hərraca çıxaran şirkət yarandığı gündən 6 mln.-a yaxın bölüşdürülməmiş mənfəət yığıb

Azərbaycanın gübrə və kənd təsərrüfatı istehsal vasitələri bazarını hədəfləyən “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC və ya Gubre.az kimi tanınan şirkət 2021-ci ildə 2 milyon 450 min manat xalis mənfəət əldə edib.

Bu barədə Banker.az şirkətin hesabatına istinad edir.

Hesabata görə, 2021-ci ildə şirkətin 9 milyon 201 min manatlıq satışdan gəliri olmuş, bu illik müqayisədə 35 yüksəlmə deməkdir. Bu xalis mənfəətdən sionra onun balansında 5 milyon 865 min manat bölüşdürülməmiş mənfəət var.

1 yanvar 2022-ci il tarixinə onun aktivlərinin həcmi 21 milyon 447 min manat, cəmi öhdəlikləri isə 15 milyon 482 min manat olmuşdur.

32

2 5

3 2

Xatırladaq ki, Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO) 2019-cu ildən fəaliyyətə başlamışdır. Hazırda onun 100 min manat nizamnamə kapitalı var. Aqrar İnnovasiya və Təchizat Şirkəti Azərbaycan fermerlərinə məhsul və xidmətləri daha rahat, həmçinin, əlçatan təklif etmək üçün özünün geniş satış şəbəkəsini qurmuşdur. Hazırda şirkətin İdarə Heyətinin sədri Tofiq Niftəliyevdir.

Şirkətin tam təsisçisi isə Məcidova Afaq Hüseyn qızıdır.

Şirkət 100 min manatlıq səhmlərini dövriyyəyə buraxıb, 23 fevralda hərrac olacaq.

 

Son xəbərlər
Digər xəbərlər