Azərbaycanda Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı – FƏRMAN

İlham Əliyev

Azərbaycanda daha bir yeni iqtisadi rayon yaradılıb.

Banker.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev 7 iyul 2021-ci ildə fərman imzalayıb.

Fərmanda giriş olaraq qeyd edilir:

Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Beləliklə, Şərqi Zəngəzur iqtisadi rayonu Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarından ibarət olacaqdır.

Qeyd edək ki, buna qədər Cəbrayıl Yuxarı Qarabağ iqtisadi rayonuna, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan isə Kəlbəcər-Laçın iqtisadi rayonuna aid edilirdi.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.