Çoxsəviyyəli şəbəkə marketinqi, yaxud qısaca MLM ingilis dilində multi level marketing kimi səslənir. Multi level marketing termini XX əsrin 70-ci illərində yaranıb. Keçən əsrin 80-ci illərində sistem amerikan adı olan – Network Marketing adını aldı. Sistem bu günə qədər də dünya iqtisadiyyatında özünəməxsus yer tutur və illik yüz milyardlarla dollar dövriyyəsinə malikdir.
Şəbəkə biznesi konsepsiyasını tətbiq etməyə başlayan ilk şirkət California Vitamins şirkəti oldu. Bu şirkət 1940-cı illərin sonlarında ABŞ-da yaradılmışdı. Cəmi bir neçə ildən sonra bu şirkət öz adını dəyişdi. 1959-cu ildə isə şirkətin iki aparıcı distributoru ayrılaraq yeni “Amway Corporation” şirkətinin əsasını qoydular (şirkətin adı iki sözdən ibarətdir – “American Way” – “Amerika arzusu”). Bizim günümüzdə şirkət beynəlxalq şirkətə çevrildi və burada milyona yaxın distributor işləyir. Həmçinin şirkətin rəsmi məlumatlarına əsasən onların satış səviyyəsi bir il ərzində iki milyard dollar təşkil edir.
1959-1975-ci illərdə MLM-in fəaliyyəti sakit bir şəkildə inkişaf edirdi. Bu dövr ərzində otuza yaxın şirkət MLM adını qazana bildi. 1979-1983-cü illərdə təxminən 5 milyon insan şəbəkə marketinqi sisteminə qoşuldu. Bu zaman yüzlərlə yeni şirkətlər yaranırdı.
Proqnozlara görə 2015-ci ildə şəbəkə marketinqi ilə məşğul olan şirkətlərin sayı 30 000 – ə çatacaq. Buna görə də biz gələ MLM şirkətlərin gücünü gələcəkdə görəcəyik.