“Səba” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncaq 27 iyun 2019-cu il saat 15.00-da Xırdalan şəhəri, Heydər Əliyev prospekti1, “Səba” ASC-nin inzibati binasında baş tutacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin nizamnaməsinə dəyişikliklərin edilməsi və onun yeni redaksiyada qəbul olunması, səhmdar cəmiyyətin idarə heyəti və 2018-ci il üçün illik maliyyə hesabatları barədə qərarın qəbul olunması, 2018-ci ilin nəticələrinə görə dividendlərin müzakirə edilməsi və digər məsələlər daxildir.