12 C
Baku
Monday, November 18, 2024

“Sədərək” ticarət mərkəzində PAŞA Bankın KOS-lara xidmət göstərəcək yeni şöbəsi açıldı

(®)Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank Kiçik və Orta Sahibkarlara (KOS) xidmət göstərmək üçün yeni şöbə açdı. “Sədərək” ticarət mərkəzinin ərazisində yerləşən şöbənin açılışı fevralın 17-də baş tutub.

Şöbənin açılış mərasimində çıxış edən PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş əməliyyat inzibatçısı Cəlal Orucov qeyd etdi ki, KOS müştərilərinə xidmət göstərəcək yeni şöbə sahibkarlara geniş çeşiddə bank məhsulları və xidmətləri təqdim edəcək, həmçinin rəqəmsal həllərin istifadəsinə keçiddə iş adamlarına dəstək olacaqdır.

“Ölkənin aparıcı korporativ maliyyə institutu kimi real sektorla sıx əlaqədə olduğumuz üçün, son bir neçə ildə uğurla həyata keçirilən iqtisadi islahatların iqtisadiyyatın bir çox sahələrində maksimal şəffaflığın təmin edilməsi üçün zəmin yaratdığını müşahidə edirik. Eyni zamanda, Azərbaycanda rəqəmsal texnologiyaların istifadəsinə keçid üçün çox əlverişli bir mühit formalaşmışdır ki, bu da sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlavə stimul olacaqdır. Ölkənin bank sektorunda innovativ texnologiyaların tətbiqinin flaqmanı olan PAŞA Bank KOS-lara onlayn şəkildə cari və kart hesablarını açmaqda, faktorinq xidmətlərinə müraciət etməkdə, tarif paketlərinə qoşulmaqda və digər bank əməliyyatlarını sahibkar üçün uyğun olan vaxtda məsafədən həyata keçirməkdə öz təcrübə və dəstəyini təklif edir”, deyə C. Orucov bildirdi.

Qeyd edək ki, “Sədərək” ticarət mərkəzinin ərazisində yerləşən PAŞA Bankın şöbəsi Kiçik və Orta sahibkarlara həftənin yeddi günü xidmət göstərəcəkdir.

Pasha bank

Son xəbərlər
Digər xəbərlər