Bank Standard bağlanmayıb və bankın üzləşdiyi çətinliklərlə əlaqədar dövlət onun idarəsini öz üzərinə götürüb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
R.Aslanlı bildirib: “Dövlət bu bankın arxasında durub ki, bankın fiziki, eləcə də hüquqi şəxsləri öz depozitlərini itirməsin”.