22 C
Baku
Friday, April 19, 2024

Sədr Dövlət Gömrük Komitəsində kadr islahatlarına münasibət bildirib

“Dövlət Gömrük Komitəsində islahatlar davam edəcək”.

Bunu Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyev qurumda aparıdığı kadr islahatlarına münasibət bildirərkən belə deyib.

“İslahatlar o demək deyil ki, kiminsə işində nöqsan var. Biz ümumiyyətlə ticarət sahəsində aparılan işlərlə, əməliyyatlarla əlaqədar Dövlət Gömrük Komitəsində, gömrük işi sahəsində islahatları davam etdirəcəyik. İslahatlar həmçinin sahibkarlara münbit şəraitin yaradılması üçün ilk növbədə gömrük orqanlarına yeni gücün, yeni kadr potensialının əlavə olunmasını ehtiva edir”, – deyə S.Mehdiyev vurğulayıb.

Komitə sədri sahibkarlara da müraciət edib: “Düzgün iqtisadi inkişafla, düzgün ticarətlə məşğul olan sahibkarlar bizim dostumuz olacaq. Saxta sənədlər tərtib edən, gömrük vergi və rüsumlarından yayınan sahibkarlara, bu cür hallara qarşı isə çox ciddi tədbirlər görəcəyik”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər