3 C
Baku
Saturday, December 14, 2024

Sədrinə xəbərdarlıq edilib, bir neçə rəhbər şəxs işdən çıxarılıb

Kənd Təsərrüfatı Nazirliyində “Pambıq istehsalı və taxıl biçininə hazırlıq, habelə məhsul istehsalçılarının əsas və dövriyyə vəsaitləri ilə təminatı sahəsində “Aqrolizinq” ASC tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Banker.az-a daxil olan məlumata görə, iclasda “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədov şirkətin illik fəaliyyəti haqqında məlumat verib. Nazirliyin texniki siyasət şöbəsinin müdiri Köçəri İmanov “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərinin və rayon bölmələrinin anbarlarında mineral gübrələrin təlimat və fitosanitar qaydaların tələblərinə uyğun olaraq yığılıb saxlanması, anbarların mövcud vəziyyəti və aparılan monitorinqlərin nəticələrinə əsasən müəyyən olunan nöqsan və çatışmazlıqlar barədə geniş məlumat verib.

Kollegiyada “Aqrolizinq” ASC-nin bir sıra rayon bölmələrinin fəaliyyəti dinlənilib. Kollegiyada fəaliyyətində ciddi nöqsanlara yol verdiyinə görə “Aqrolizinq” ASC-nin Sabirabad regional nümayəndəliyinin direktoru Şakir Həsənov, Ağcabədi regional nümayəndəliyinin direktoru Atamoğlan Babayev, Ağsu rayon bölməsinin rəhbəri Tofiq Abdullayev və Şamaxı rayon bölməsinin rəhbəri Sərxan Fətullayev tutduqları vəzifədən azad olunub, fəaliyyətlərinin araşdırıldıqdan sonra daha ciddi ölçü götürüləcəyi, həmçinin Xaçmaz regional nümayəndəliyinin direktoruna, Saatlı, Tovuz və Ağdaş rayon bölmələrinin rəhbərlərinə şiddətli töhmət, Qazax və İsmayıllı rayon bölmələrinin rəhbərlərinə töhmət verilib, fəaliyyətlərində dönüş yaratmadıqları təqdirdə daha ciddi tədbir görüləcəyi nəzərlərinə çatdırılıb.

Həmçinin “Aqrolizinq” ASC-nin sədri E.Məmmədova ciddi xəbərdarlıq, damazlıq heyvanların tədarükü, satışı və lizinqi şöbəsinin müdiri Kamil Şamilova isə şiddətli töhmət verilib.

Son xəbərlər
Digər xəbərlər