6 C
Baku
Sunday, December 15, 2024

Səfir: “İranla mümkün razılaşma İsrailin özünümüdafiəsinə təsir etməyəcək”

“İranla nüvə məsələsi ilə bağlı mümkün razılaşma İsrail üçün heç bir məhdudiyyət yaratmayacaq”.

Bunu İsrailin ABŞ-dakı səfiri Yonit Levi ölkəsinin İTV telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İsrail imzalana biləcək razılaşmanı əhəmiyyətsiz sayır və öz maraqlarını müdafiə etmək üçün fəaliyyətini davam etdirəcək: “İsrail vətəndaşlarını müdafiə etmək üçün istədiyi kimi fəaliyyət göstərəcək”.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays İranın nüvə məsələsi ilə bağlı imzalanacaq mümkün razılaşma ilə bağlı İsraillə ABŞ arasında fikir ayrılığı ilə bağlı sualı belə cavablandırıb: “İran məsələsi ABŞ-la İsrail arasında strateji deyil, taktiki məsələdir”.

Son xəbərlər
Digər xəbərlər