25 C
Baku
Saturday, April 27, 2024

Səfirlik İranın Azərbaycanla sərhədə qoşun yığmasını təkzib edib

İran səfirliyi ölkənin şimal-qərb bölgələrinə hərbi texnikanın toplanmasına dair məlumatları təkzib edib.

Bu barədə İranın Azərbaycandakı Səfirliyinin yaydığı məlumatda bildirilib.

Səfirlik İran silahlı qüvvələrinin qoşun və hərbi texnikasının sərhəd bölgələrinə göndərilməsi ilə bağlı yayılan video və xəbərləri təkzib edib.

“Şimal-qərb sərhəd rayonlarına (Ermənistan və Azərbaycan Respublikası) İranın silahlı qüvvələri tərəfindən hər hansı hərbi transferlər qəti şəkildə rədd edilir”, – səfirliyin məlumatında bildirilib.

Qeyd edilib ki, İran İslam Respublikasının silahlı qüvvələri öz bəyanat və xəbərlərini yalnız rəsmi media və sözçülər vasitəsilə elan edir, sosial mediada yalan və qərəzli xəbərlərin yayılmasının heç bir dəyəri və etibarlılığı yoxdur.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər