2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda şəhərətrafı dəmir yolu nəqliyyatı ilə 5,16 milyon sərnişin daşınıb.
Banker.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,3% çoxdur.
Şəhərətrafı sərnişin dövriyyəsi 135,5 milyon sərnişin-km təşkil edib və illik 14,2% artıb. Bu daşımadan əldə olunan gəlir isə 3,46 milyon manat olub və 9,2% artıb.
Qeyd edək ki, hazırda şəhərətrafı sərnişindaşıma əsasən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə həyata keçirilir. ADY-nin məlumatına görə, 2026-cı ilin yanvarından bu marşrut üzrə iş günlərində gündə 96 reys yerinə yetirilir.







