Nyu-Yorkun qubernatoru Endryu Kuomo bildirmişdir ki, 2019-cu ilin əvvəlində o, əyalətin parlamentinə marixuananın rekreasiya məqsədilə istifadə edilməsinə icazə verən qanun layihəsini təsdiqləməyi təklif edəcək.
Qubernatorun öz Twitter səhifəsində yerləşdirdiyi şərhdə, marixuana istifadəsinin leqallaşdırılması, 2019-cu il üçün planlaşdırılmış yeniliklərdən biri olduğu göstərilmişdir.
“Bizdə iki cinayət-hüquq sistemi fəaliyyət göstərirlər. Onlardan biri varlılar üçün, ikincisi isə hər kəs üçündür. Buna son qoymaq lazımdır. Gəlin bir dəfəlik olaraq böyüklər üçün marixuana istifadəsini leqallaşdıraq”,- Kuomo bildirib.
Hal-hazırda, Amerikanın 9 ştatında marixuana istifadəsi artıq leqallaşdırılmışdır. Onlar sırasına Vaşinqton, Oreqon, Nevada, Kaliforniya, Kolorado, Vermont, Men, Massaçuseç ştatları və ölkənin paytaxtı daxildir. ABŞ-ın 33 ştatında isə marixuananın müalicə məqsədi ilə istifadəsi cinayət sayılmır.