9 C
Baku
Thursday, December 12, 2024

Səhiyyə Nazirliyi saxta vatsap mesajları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə vatsap üzərindən “spam” mesajlar göndərilir.

Bu barədə nazirlikdən məlumat verilib.

“Mesaj göndərən şəxs Səhiyyə Nazirliyi Depo Departamentinin insan resursları şöbəsinin baş koordinatoru Emil Hüseynov olduğunu iddia edir. Həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini iddia edir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsini tələb edir.

Bildiririk ki, Səhiyyə Nazirliyində bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir.

Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər.

Eyni zamanda, artıq aidiyyəti qurumlar bu mesajlarla bağlı məlumatlandırılıb”, – nazirlikdən bildirilib.

6fe82790 2d99 32fc 8295 dda46d6a82ce

Son xəbərlər
Digər xəbərlər