11 C
Baku
Wednesday, December 11, 2024

Səhiyyə Nazirliyinin qurumu 9 milyon manatlıq sifariş verdi

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi publik hüquqi şəxsi 3 şirkətlə 9 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər Labservis LTD MMC, Arash Medical Company QSC və Albatros Heltkeyr MMC-dir.

Hər 3 müqavilədə Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və Tədbirlər proqramları üçün nəzərdə tutulmuş dərmanların, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması nəzərdə tutulur.

Şirkətlərlə müvafiq olaraq müqavilənin dəyəri 2 102 965 manat, 917 778 manat və 6 134 127 manatdır.

 

 

 

Son xəbərlər
Digər xəbərlər