10 C
Baku
Wednesday, December 11, 2024

Səhmdar cəmiyyətin direktorlar şurası və idarə heyəti seçilir – Rəhbərlikdən elan

“Material Təchizat” ASC səhmdarlarının növbəti illik ümumi yığınca ğı 30 iyun 2022-ci il saat 11.00-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Oktyabr küçəsi 16 nömrəli ünvanda keçiriləcəkdir.

Bu barədə Banker.az şirkətin idarə heyətinin açıqlamasına istinad edir.

İclasın gündəliyinə 2019, 20202021-ci illərin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatının müzakirəsi və təsdiqi; Təşkilati məsələ-(direktorlar şurasının, idarə heyətinin və təftiş komissiyası üzvlərinin seçilməsi). Digər məsələlər daxil edilib.

“ Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil olunmuş nümayəndələr notarial təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir”- deyə, bildirişdə deyilir.

Son xəbərlər
Digər xəbərlər