“Çinar Park” ASC Müşahidə Şurası açıqlayıb ki, idarəetmə orqanlarına seçkinin keçirilməsi də 20 iyulda keçirləcək səhmdarların ümumi yığıncağına daxil edilib.
Banker.az ASC-nin elanın əsasən bildirir ki, yığıncaqda həmçinin 2019-cu maliyyə ili üzrə maliyyə hesabatına baxılması; xüsusi əhəmiyyətli əqdlərin bağlanılması və təşkilati məsələlər daxil edilib.
“Çinar Park” səhmdarları mart ayında bu məsələləri müzakirə etməsi üçün toplaşmağı qərar versələr də, məlum pandemiya səbəbindən bu yığıncaq baş tutmamışdı. Lakin, həmin yığıncaqda İdarə Heyəti sədrinin birbaşa təyin edilməsi ilə bağlı gündəlikdə məsələ var idi.
Xatırladaq ki, 2006-cı ildə dövlət qeydiyyatına alınan bu ASC-nin 115 388 manat səhm kapitalı var.