6 C
Baku
Sunday, December 15, 2024

Səhmdar cəmiyyətin sədri vəzifəsindən azad edilir – Yerinə təyinat olacaq

“Varvara Balıq” ASC səhmdarları İdarə Heyətinin sədri vəzifəsindən azad ediləcək.

Bu barədə Banker.az şirkətin elanına istinadən xəbər verir.

24 iyun 2022-ci il saat 11.00-da “Varvara Balıq” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı Yevlax rayonun Varvara kəndində yerləşən inzibati binada keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi “Varvara Balıq” ASC-nin 2021-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması; ASC-nin sədrinin tutduduğu vəzifədən azad edilməsi həmin vəzifəyə yeni şəxsin təyin edilməsi və digər məsələlər daxil edilib.

“Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, səhmdar cəmiyyətin Yevlax rayonun Varvara kəndində yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər. Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir”- deyə, elanda deyilir.

1956-cı ildə yaradılmış, Yevlax rayonu, Varvara kəndində yerləşən “Varvara Balıq” müəssisəsi balıqartırma və balıqyetişdirmə ilə məşğul olur. “Varvara Balıq” ASC-nin nizamnamə kapitalı 3 018 000 manatdır. Şirkətin İdarə Heyətinin sədri Ramil Eyyubov Yaşar oğludur. İnvestisiya müsabiqəsi yolu ilə özəlləşdirilən “Varvara balıq” ASC “Az Varvara” MMC tərəfindən alınmışdı.

Son xəbərlər
Digər xəbərlər