21 C
Baku
Friday, April 26, 2024

Səhmdar cəmiyyətlər haqqında ümumi məlumat

Səhmdar cəmiyyət (joint-stock company) – hər hansı iqtisadi müəssisənin hüquqi-təşkilatı cəhətdən geniş yayılmış formasıdır və səhmlərin buraxılması yolu ilə cəmiyyətin üzvləri arasında nizamnamə kapitalının mərkəzləşdirilməsi və paylanması kimi xüsusiyyətlərə sahibdir. Müəyyən miqdarda səhmə sahib olan səhmdar cəmiyyət üzvləri cəmiyyətin qeyri-qənaətbəxş fəaliyyəti hallarında hər hansı bir ziyana düşmək riskləri yoxdur.

Qaydalara əsasən müasir təcrübədə səhmdar cəmiyyətlər kifayət qədər böyük müəssisələrdə yaradılır.

Səhmdar cəmiyyətlər açıq və qapalı olur. Qapalı səhmdar cəmiyyətlər onunla fərqlənir ki, bu cəmiyyətin səhmləri yalnız iştirakçılar arasında paylanılır və qiymətli kağızlar bazarında açıq satışa çıxarılmır. Açıq səhmdar cəmiyyətlər bu cəmiyyətin iştirakçılarının arasında paylanmaqla yanaşı, bazarda açıq şəkildə həm alınır həm də satılır. Cəmiyyətin bir səhmini belə alan şəxs onun ortaq sahibinə çevrilir.

Səhmdar cəmiyyət nizamnamə altında fəaliyyət göstərən hüquqi nümayəndədir və burada təşkilatın əsas məqsədləri, qaydaları, cəmiyyətin idarə olunması, nizamnamə kapitalının həcmi və s. öz əksini tapır. Səhmdar cəmiyyətin idarə olunmasında ali idarəetmə orqan səhmdarların ümumi yığıncağıdır. Bu yığıncaq cəmiyyətin nizamnaməsində göstərilən sualların həlli üçün ildə ən azı bir dəfə təşkil olunur. Səhmdar cəmiyyətin üzvləri sahib olduqları səhmlərin sayına görə səsvermə hüququna malikdirlər.

Səhmdar cəmiyyətin kapitalı şəxsi və borc olaraq bölünür. Cəmiyyətin şəxsi kapitalı üzvlərin şəxsi kapitallarının birləşməsi və səhmlərin emissiyasından gələn gəlirlər ilə formalaşır. Cəmiyyətin borc kapitalı isə bank kreditləri və istiqrazların buraxılması yolu ilə formalaşır.

Səhmdar cəmiyyətin bütün əldə edilmiş gəliri vergilərin ödənməsinə, müəssisənin inkişafına, ehtiyatların artırılmasına, əmək haqlarına və işçilərə mükafatların verilməsinə və eləcə də səhmdar dividendlərin ödənilməsinə xərclənir. Bunların da həcmi səhmdar cəmiyyətin fəaliyyətinin nəticəsindən asılıdır və səhmdarların illik yığıncaqlarında təyin olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər