6 C
Baku
Saturday, December 14, 2024

Səhmdarlar toplaşır, “Xalq Bank”la müqaviləni uzadırlar

10 may 2019-cu il saat 11.00-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllədə 5 nömrəli binada “Çinar Park” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. 


Yığıncağın gündəliyinə  ASC “Xalq” Bankı ilə “Elektroterm” MMC arasında bağlanmış kredit müqaviləsinin müddətinin uzadılması ilə əlaqədar həmin kredit müqaviləsinin təminatçısı qismində çıxış edən “Çinar Park” ASC ilə bağlanmış sonrakı ipoteka müqaviləsinə müvafiq əlavə sazişin bağlanmasının təmin edilməsi məsələsi daxildir.


Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları (materialları) Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllədə əldə etmək olar. 

Son xəbərlər
Digər xəbərlər