9 C
Baku
Friday, December 13, 2024

Səhmdarları toplaşır, qurum fəaliyyətini dayandırır

“Pirallahı Tikiş” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbərə görə, yığıncaq martın 4-də baş tutacaq.

Yığıncağın gündəliyinə cəmiyyətin 2016-cı ildə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin hesabatı, cəmiyyətin fəaliyyətinə xitam verilməsi və xitamla əlaqədar ləğvetmə komissiyasının (təsviyyəçinin) təyin edilməsi, ona müvafiq səlahiyyətlərin verilməsi və digər məsələlər daxildir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər