21 C
Baku
Wednesday, June 26, 2024

Səlahiyyətlər nazirlikdən agentliyə ötürüldü – Sahibkarlıq sahəsindəki yoxlamalarla bağlı

Prezidentin fərmanına görə bir neçə səlahiyyət Kənd Təsərrüfatından Qida təhlükəsizliyi Agentliyinə ötürülüb.

Fərmanda deyilir,

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nın 1.2-ci bəndində “Kənd Təsərrüfatı Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.

2. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli 841 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 462; 2018, № 7, maddə 1505) 1.2-ci bəndində “Kənd Təsərrüfatı Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.

3. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1011-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1922 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 673) 2.4-cü bəndinin ikinci abzasının sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 2.5-ci bənd ləğv edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 fevral 2019-cu il.

Son xəbərlər
 ⁠
Digər xəbərlər