11 C
Baku
Wednesday, December 11, 2024

“Sən əbədi deyilsən”: Amerikalı sahibkardan ən güclü motivasiya

Amerikalı sahibkar və kitab müəllifi Gary Vaynerchuk, həyatda ən vacib olanı unutmamaq üçün bizə hər səhər bu ifadəni təkrar etməyi məsləhət görür. 

Bu ifadə cəmi üç sözdən ibarətdir: “Sən əbədi deyilsən”. Mən sizi qorxuzmağa çalışmıram, sadəcə həqiqəti söyləyirəm. Xoşbəxt olmaq üçün yalnız bir həyatımız var. Başqa bir fürsət olmayacaq. Oturub şikayət etmək əvəzinə, o fürsəti tutun və hərəkətə keçin. 

Dünyada ətrafdakıların xoşbəxtliyindən narahat olan çox sayda insan var, baxmayaraq ki, onlar özləri haqqında düşünməlidirlər. Başqalarını xoşbəxt etməyi və uğur qazanmağa həvəsləndirməyi niyə sevmədiyimi bilirsiniz? Çünki mən xoşbəxtəm. Bəlkə də eqoistik səslənir, lakin insan əvvəlcə özünün, sonra başqalarının xoşbəxtliyi ilə məşğul olmalıdır. 

Sizdən bir suala səmimi cavab verməyinizi xahiş edirəm: indiki işiniz sizi uğurlu edirmi? Xoşbəxt insan nə qədər pul qazanmağının deyil, necə qazandığının vacib olduğunu başa düşür. 

20 yaşım olanda 90 yaşdan yuxarı olan insanların əhatəsində çox olmuşam. Onları harada və nə zaman gördüyümdən asılı olmayaraq – səyahətdə və ya şərab sənayəsində işləyərkən – onlardan həyatları haqqında danışmağı xahiş edirdim. Bu insanlar həyat hekayəsini eyni sözlərlə başlayırdılar: “Təəssüf ki, …” Bəziləri cavan olduqları dövürdə kifayət qədər işləmədiklərinə, digərləri sevdikləri ilə az vaxt keçirdiklərinə təəssüflənirdi. 

Əgər bu yaşlı insanlardan nəyisə öyrəndimsə də, bunu bir ifadə ilə izah edə bilərəm:

“Hərəkətə keçmək üçün ən yaxşı zaman indidir”. 

Əgər yaşınız 20-dən çoxdursa, dəyişilməyin zamanı artıq gəldi! Siz daha praktik olmağı və pul qazanmağı öyrənməlisiniz. Unutmayın ki, aktiv olmaq üçün cəmi beş ilə yaxın vaxtınız var. Dostlarınız ilə səyahət edin, dünyanı kəşf edin, istedadlarınızı göstərə biləcəyiniz rok-qrup yaradın. Çoxumuzda heç bir ciddi öhdəlik olmadığından, həyatınızı onu necə görmək istədiyiniz hala gətirməyin zamanıdır. 

Hətta 40, 50, 60 və ya daha çox yaşınız olsa da, xoşbəxt insan olmaq üçün kifayət qədər vaxtınız var. Hər şey mümkündür, əgər istəsəniz. Bəlkə pensiyaya çıxmaq əvəzinə, bütün səylərini istədiyin şeyə yönəldəsən?

Bir gün hamımız öləcəyik. Yaşınızdan asılı olmayaraq xoşbəxt olmaq üçün vaxtınızdan istifadə etməlisiniz. İndi qarşımızda misli görünməmiş imkanlar var ki, bu da bizə istədiyimiz həyatı qurmağa imkan verir. 

Son bir neçə ildə müşahidə etdiklərimə münasibətimi bildirmək üçün bu postu yazmalı oldum. Fikir verdim ki, insanlar tez-tez fürsətləri əldən verirlər. Hər an onlardan faydalana biləcəklərini düşünürlər. İnsanlar sankı ölümsüzdürlər kimi yaşayırlar. Lakin hamımız bilirik ki, bu belə deyil. 

“Sən ölümsüz deyilsən” ifadəsi sizi yaratqdan çıxmağa və istədiyiniz şeyi etməyə məcbur etməlidir. Yalnız bir həyatınız və bir imkanınız var. Peşmanlıq kimi zəhərli heç nə yoxdur. Buna görə də bəhanələr axtarmayın və xoşbəxtliyə doğru səyahətə başlayın. 

Son xəbərlər
Digər xəbərlər