6 C
Baku
Sunday, December 15, 2024

Sənaye istehsalı ilin ilk ayına 3.6% kiçilmə ilə start verdi – Səbəb?

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar ayında 3.6 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İstehsal edilmiş sənaye məhsulunun həcmi 2020-ci ilin müvafiq ayı ilə müqayisədə 3.4 faiz azdır.

Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5.4 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12.8 faiz artıb.

Sənaye məhsulunun 64.9 faizi mədənçıxarma sektorunda, 29.2 faizi emal sektorunda, 5.3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0.6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4.0 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 7.9 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 10.4 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3.9 dəfə, tütün məmulatlarının istehsalı 2.9 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2.8 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 97.0 faiz, elektrik avadanlıqlarının istehsalı 96.3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 29.1 faiz, maşın və avadanlıqların istehsalı 23.5 faiz, kağız və karton istehsalı 21.4 faiz, tikinti materiallarının istehsalı 21.2 faiz, kimya sənayesi məhsullarının istehsalı 14.3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 10.9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8.1 faiz, içkilərin istehsalı 4.8 faiz, qida məhsullarının istehsalı 3.0 faiz artmış, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1.9 faiz, geyim istehsalı 10.3 faiz, neft məhsullarının istehsalı 20.4 faiz, hazır metal məmulatlarının istehsalı 24.9 faiz, mebel istehsalı 46.8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 53.4 faiz, poliqrafiya məhsullarının istehsalı 60.3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 66.7 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1.3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2.2 faiz artmışdır.

Son xəbərlər
Digər xəbərlər