5 C
Baku
Saturday, December 14, 2024

Sənaye parklarında rezidentlərə tətbiq edilmiş güzəştlər nəticəsində qənaət edilən vəsait açıqlanıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyindəki sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 483 milyon manat, cari ilin 6 ayında isə 22 milyon manat vəsaitə qənaət ediblər.

İZİA-dan  bildirilib ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

İndiyədək sənaye zonalarında investisiya həcmi 7,8 milyard manatdan artıq olan 150 sahibkarlıq subyektinə rezident statusu verilib.

Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10 min 500-dən artıq daimi iş yeri yaradılıb.

Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manata yaxın investisiyanın yatırılması və 7100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər