6 C
Baku
Sunday, December 15, 2024

Sənaye zonalarında məhsul istehsalı illik müqayisədə 13% artıb

Azərbaycanın sənaye zonalarında indiyədək ümumilikdə 9.6 mlrd. manatlıq məhsul istehsal edib.

Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirir.

Bunun 3.1 mlrd. manatlıq hissəsi ixrac olunub.

Cari ilin birinci rübündə sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 768 mln. manatlıq məhsul satışı həyata keçirilib ki, bu da 2022-ci ilin eyni dövrünə nisbətən 13% çoxdur.

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 55-dən çox ölkəsinə ixrac edilib.

Son xəbərlər
Digər xəbərlər