Günlərin bir günü kasıb bir insan varlı qonşusundan borc pul götürür, lakin heç cür borcunu qaytara bilmirdi. Varlı qonşu kasıb yanına gəlir və ondan öz pullarını tələb edir. Kasıbın həyat yoldaşı bu hadisədən bezir və deyir:
– Sən gizlən, qonşunu mən özüm qarşılayacam.
Varlı qonşu yenə də pullarının dalıyca gəlir.
– Evin sahibi evdə yoxdu. Sənə nə lazımdı, yaxşı insan? – deyə qadın varlı qonşudan soruşur.
– Bəs o, haradadır? Nə vaxt mənim borcumu qaytaracaq?
– O, sənin pulunun dalıyca gedib. O, toxum alacaq, onları becərəcək və tikanlı kollar əmələ gələcəklər. Buradan pambıqla karvan keçəcək, pambıq kolların tikanlarına ilişəcək, mənim yoldaşım həmin pambıqları toplayacaq, satacaq və sizə öz borcunu qaytaracaq…
Varlı qonşu bunlara gülür, qadın isə inciyir və deyir:
– Sənin vəziyyətin yaxşıdı, pulların batmayıb!
Comments are closed.