“ASPİ AQRO” MMC yenidən təşkil olunur.
Banker.az xəbər verir ki, “Savalan-ASPİ Winery” MMC, “ASPİ AQRO” MMC-dən ayrıldığı üçün “ASPİ AQRO” MMC-nin yenidən təşkil olunduğunu elan edir.
Bildirək ki, “Aspi Aqro” Məhdud Məsuliyyətli Cəmiyyət 2007-ci ilin dekabr ayında yaradılmışdır.
Müəssisədə əsasən İtaliya istehsalı olan avadanlıqlardan istifadə olunur.
Müəssisə müxtəlif növ şərablar istehsalı ilə məşğuldur. Daxili bazarla yanaşı xarici ölkələrə, o cümlədən Rusiyaya məhsul ixrac edir.