Şərabçılıqla bağlı iki dövlət rüsumu ləğv edilir

Azərbaycanda şərabçılıq məhsullarına adların verilməsinə görə dövlət rüsumunun ləğv olunması təklif edilir.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik olunur.

Dəyişikliklə qanunun 18.62-ci maddəsinin (Adlar verilən şərabçılıq məhsullarına görə) 18.62.2 və 18.62.3-cü bəndləri ləğv edilir.

Belə ki, adlar verilən şərabçılıq məhsullarının dövlət reysterində qeydiyyata alınması və attestasiyası üçün isə 10 manat dövlət rüsumu ləğv olunur.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər