11 C
Baku
Monday, November 25, 2024

“Sərbəst pul” konsepsiyasının tarixçəsi

XX əsrin 30-cu illərində alman iqtisadçı Silvio Gesell “sərbəst pul” konsepsiyasını təklif etmişdir. O belə hesab edirdi ki, pulları faiz hesabına gəlir gətirmək imkanından “məhrum etmək” və pullardan yalnızca dəyər ölçmə vasitəsi və mübadilə aləti kimi istifadə etmək lazımdır. Gesell-in fikrincə pulların adət etdiyimiz forması son dərəcədə səmərəsizdir. Belə ki, “hər dəfə pullara tələbat yüksəldiyi anda dövriyyədən yox olur və bazarda onlar olmadan da vəziyyət yaxşı olduğu anda ifrat dərəcədə çoxalır”. 

Bir az sadə dillə desək, sərbəst pulları yığmağın heç bir mənası yoxdur. Onları sadəcə xərcləmək lazımdır. Pullardan istifadə üçün haqq ödənilməlidir və vəziyyət belə olduqda pullar daha sürətlə dövr etməyə başlayır və iqtisadiyyata irəliyə doğru təkan verir.

1931-ci ildə Bavariyanın Şvanenkirhen kəndində kömür mədənini canlandırmaq məqsədilə wära adlı şəxsi valyutadan istifadə edilməyə başladı. Bu valyuta sistemli şəkildə dəyərsizləşdirilirdi. Ödəniş qabiliyyətini qoruyub saxlamaq üçün pul sahibləri ödəniş etməli idilər. Beləliklə, bu valyutadan yığım əmanəti olaraq istifadə etmək imkanları məhdudlaşdırılırdı və eyni zamanda malların dövriyyəsi stimullaşdırılırdı. Bavariyadakı bu wära eksperimenti 30 oktyabr 1931-ci ildə Almaniyanın Maliyyə nazirliyi tərəfindən qadağan edilir.

Gesell-in iqtisadi baxışlarını sınaqdan keçirən ikinci eksperiment 1932-ci ildə Avstriyanın 3000 sakinə məxsus Vörgl şəhərciyində baş tutur. Eksperimentin nəticəsi olaraq şəhərdə körpü inşa edilir, yolların vəziyyəti yaxşılaşır, ictimai xidmətlərə kapital yatırımı artır. Bir çox Avropa ölkələrinin işsizliklə mübarizə apardığı bir vaxtda Vörgl şəhərciyində işsizlik səviyyəsi 1 il ərzində 25% enir.

Avstriyada 300-dən artıq icmanın sözügedən bu modellə maraqlandığını görən Avstriya Milli bankı bunu öz monoqoliyasına təhlükə kimi qəbul edir və sərbəst yerli pulların çap edilməsini qadağan edir.

Gesell-in fikrincə pullar – özü də bir növ məhsul, “mütəmadi dövriyyə üçün məhsuldur”. Bu da o demək idi ki, bütün digər məhsullar kimi pullar da zamanla öz dəyərlərini itirirlər. Bu halda insanlar onlardan mümkün qədər tez azad olmağa can atacaqlar.

Son xəbərlər
Digər xəbərlər