Sərhədə yaxın ərazilərdə 2 yeni qida təhlükəsizliyi məntəqəsi yaradılır

Azərbaycanda idxal və ixrac edilən məhsulların yoxlanılması üçün dövlət sərhədindən buraxılış məntəqələrinə yaxın ərazilərdə iki yeni qida təhlükəsizliyinə nəzarət məntəqəsinin yaradılması nəzərdə tutulur.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Sənədə əsasən, 2027–2032-ci illərdə dövlət sərhədindən buraxılış məntəqələrinə yaxın, ticarət və daşınmanın intensiv olduğu ərazilərdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət məntəqələrinin yerləşdirilməsi üçün ərazi seçimi və planlaşdırma aparılacaq.

Daha sonra idxal və ixrac edilən məhsulların baytarlıq və fitosanitar yoxlamalarının həyata keçirilməsi üçün həmin məntəqələrin tikintisinə başlanılması nəzərdə tutulur.

Proqramın yekun hədəfinə görə, idxal və ixrac olunan məhsulların yoxlanılması üçün iki yeni qida təhlükəsizliyinə nəzarət məntəqəsi fəaliyyətə başlayacaq.

Tədbirin əsas icraçısı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, digər icraçı qurumlar isə Dövlət Gömrük Komitəsi və Kənd Təsərrüfatı Nazirliyidir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər