10 C
Baku
Thursday, December 12, 2024

“Sərhəddə ATƏT müşahidəçilərinin yerləşdirilməsi müzakirə olunur” – Mirzoyan

Ermənistan-Azərbaycan sərhədində KTMT müşahidəçiləri ilə yanaşı ATƏT müşahidəçilərinin də yerləşdirilməsi məsələsi müzakirə olunur.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Norveçin xarici işlər naziri Anniken Huitfeldtlə birgə mətbuat konfransında bildirib.

Mirzoyan tezliklə Ermənistandan Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək Aİ-nin mülki missiyasının sabit sülhün bərqərar olmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

ER XİN rəhbəri xatırladıb ki, Ermənistan təşkilata müraciət edib, bundan sonra o, İrəvana ilkin missiya göndərib və onun işinin nəticələrinə dair hesabat bu təşkilata üzv olan bütün ölkələrə təqdim olunub. Mirzoyan KTMT missiyasının göndərilməsinin dəqiq tarixlərini açıqlamayıb. O bildirib ki, hazırda müzakirələr gedir.

“Şifahi müzakirələr vasitəsilə biz KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasının dəqiq nə vaxt keçirilə biləcəyini, dövlət başçılarının müşahidəçi missiyasının göndərilməsini müzakirə edə biləcəyini anlamağa çalışdıq. Hələ ki, qərar yoxdur, müzakirələr gedir, iclas keçirilməlidir”.

Ermənistanın xarici işlər naziri KTMT-nin vəziyyətə siyasi qiymət verməsinin vacibliyini vurğulayıb “Müttəfiqlərimizin vəziyyətə siyasi qiymət verməsi bizim üçün çox vacibdir. Biz ilk növbədə KTMT-nin mövcud vəziyyəti necə qəbul etdiyini başa düşməliyik.

Qeyd edək ki, oktyabrın 12-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Astanada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə KTMT-nin Ermənistana öz müşahidəçilərini göndərməyə hazır olduğunu bildirib . Lavrovun sözlərinə görə, bunun üçün Ermənistanın sədrlik etdiyi təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının qərarı lazımdır. Lavrov bildirib ki, “Ermənistan vaxt tapıb” Şuranın iclasını çağıran kimi Rusiya tərəfi “missiyanı rəsmi şəkildə təsdiqləməyə” hazır olacaq.

Son xəbərlər
Digər xəbərlər