17 C
Baku
Sunday, May 5, 2024

Sərhədsiz MBA: Çində təhsilin üstünlükləri və çatışmazlıqları

MBA dərəcəsi olan və ya bu dərəcəni əldə etməyi arzu edənlər üçün Çin 1 nömrəli təyinat məntəqəsinə çevrilə bilərmi?

Çində MBA təxminən 10 il bundan öncə dəbə minib, məhz həmin dövrdə biznes-məktəblər üçün yeni bazar açılıb. Müasir dövrümüzə qədər Çin biznes məktəblərinin çox cüzi bir hissəsi, cəmi 223 çin biznes məktəbi dünyaca yüksək qiymətləndirilən Equis və AACSB-dən akkreditasiya ala bilib, buna görə də ambisiyaları daha çox olan menecerlər əcnəbi biznes məktəblərdə təhsil almağı daha üstün tuturlar.

Buna rəğmən yaxın 10 il ərzində situasiya kifayət qədər dəyişə bilər və Çin özünün dünya səviyyəli biznes məktəblərini daha da inkişaf etdirəcək, onlardan 6-sı artıq kifayət qədər yüksək mövqeləri fəth edərək, Finacial Times-ın reytinqinə daxil olub. Bundan əlavə Çin biznes məktəbləri xaricdən müəllim və tələbə dəvət etməyi də özlərinə hədəf olaraq müəyyən ediblər.

Bunun parlaq nümunəsi – Con Kvelç China-Europe International Business School (Ceibs) məktəbinin vitse-prezindentidir. O, Harvard və London biznes məktəblərində işlədikdən sonra, Çin Xalqa Respublikasına köçür. MBA telekanalı ilə müsahibə zamanı o bunu belə izah edir: İndi elə bir məqam yetişib ki, Asiya xüsusən də Çin, dünya iqtisadiyyatının artımına əhəmiyyətli dərəcədə təsir göstərən, aparıcı və mərkəzi bir oyunçuya çevrilir.

Onun fikrincə, Asiya biznes-məktəblərində, xüsusən də Çində alınan təhsil ilə, Amerika və Avropa İnstitutlarında verilən təhsilin başlıca fərqləri ondan ibarətdir ki, “Çində biznes təhsil dəqiq fənlərə – maliyyə, iqtisadiyyat, mühasibat uçotu, idarəetmə və menecmentə daha çox meyl edir”. Humanitar elmlərlə bağlı səriştələrin inkişafına tələbat isə elə də yüksək deyil, Kvelç belə hesab edir.

Bu gün Çinin əhalisi 1,34 milyard insan təşkil edir, burada internet şəbəkəsinin istifadəçilərinin 550 milyonu yaşayır, orta illik ÜDM artımı 8-10% təşkil edir. Belə statistik məlumatlar ondan xəbər verir ki, bu elə bir ölkə deyil ki, transmilli kompaniyalar onunla əməkdaşlıq etməkdən imtina etsinlər. Çin firmaları belə ölkələr üçün nə qədər cəlbedicirdisə, bir o qədər də o, MBA məzunları üçün çəkici olacaq, çünki bu zaman onların həm uğurlu MBA təhsili almaq, həm də gələcək iş yerini təmin etmək imkanı olacaq. Bu yaxınlarda iki bloqqer Uorton biznes məktəbinin jurnalında belə bir başlıq altında məqalə dərc etmişdi: “Çin, MBA dərəcəsi olan iş axtaranlar üçün 1 nömrəli istiqamət yeridir”. Əgər zamanı 20-50 il qabağa çəkmək imkanımız olsa, onda asanlıqla 21-ci əsri Asiya əsri adlandırmaq olar.

Yuxarıda qeyd edilən iki bloqqer öz məqalələrində Çində alınmış təcrübəni təhlil edir və onun aşağıdakı başlıca müsbət və mənfi cəhətlərini qeyd edirlər:

Üstünlüklər

  • Çində pozitiv nəticələrə nail olmaq daha asandır, belə ki sənayenin əksər sahələrində bazarın tələbatları ilə ayaqlaşmaq kifayət edir;
  • Çin elə böyük bazardır ki, il ərzində yeni yüksəklikləri fəth etməklə, məcmu hesabla 30-100% artım tempinə nail olmaq mümkün olur;
  • Yerli müəssisələrin əksəriyyəti hələ ki, biznes məktəblərdə tədris olunan yeni, müasir fəndləri tətbiq etmir;
  • Çində adi həyat tərzinin öz üstünlükləri vardır – gündəlik xərclər kifayət qədər aşağıdır, bu sizə digər xidmətlərdən yararlanmaq imkanı verir: geyimlərin quru təmizlənməsi, evlərin gündəlik yığışdırılması və hətta hər gün kafeləri ziyarət etmək və s.

Mənfi cəhətlər

  • Daşınmaz əmlakın icarəsi, həmçinin dəbdəbəli malların, lüks əşyaların alışı – kifayət qədər bahalı həzz hesab olunur;
  • Böyük şəhərlər üçün başlıca problem kifayət qədər çirklənmə səviyyəsidir;
  • Ziyansız qida məhsullarının defisiti böyük problem yaradır;
  • Nəhəng şəhərlərdə küçə hərəkəti nəqliyyatdakı iri tıxaclarla müşayiət olunur.

Hal-hazırda karyera artımı imkanları MBA məzunları və tələbələri üçün əsasən böyük şəhərlərə fokuslaşıb, məsələn Çinin maliyyə mərkəzi hesab olunan Honkonq. Burada ən azından, sosial təzminat (kompensasiya) paketi Amerikadakı ilə müqayisə edilə bilən səviyyədədir, halbuki digər şəhərlərdə yalnız cüzi miqdarda, aşağı gəlirli “yerli paketlər” təklif olunur.

Hal-hazırda Çində hələ də yerli dili bilmədən işləmək imkanı vardır, amma getdikcə daha çox kompaniyalar və işə götürənlər əməkdaşlardan çin dilini öyrənməyi, yerli mədəniyyətin dərinliklərini mənimsəməyi və bunun sayəsində bazara daha yaxşı nüfuz etməyi tələb edirlər. Heç şübhəsiz ki, qarşılıqlı münasibətlərin qurulması üçün assimilyasiya olduqca zəruridir –bu, Çin işgüzar dünyasının qapılarının açarıdır, çünki Çində biznesin qurulması ilk növbədə şəbəkə və əlaqələrin qurulması ilə birbaşa bağlıdır.

Financial Times 2013-ün MBA reytinqində yer almış Çin biznes məktəbləri

8-ci yer– UST Honkonq Biznes Məktəbi

15-ci yer – (Ceibs) Çin-Avropa beynəlxalq məktəbi

27 –ci yer – Honkonq Çin universiteti yanında Biznes məktəbi

31-ci yer – Honkonq Universiteti

66-cı yer – Pekin universiteti nəzdində Guanghua menecment məktəbi

89-cu yer – Fudan universiteti nəzdində Menecment məktəbi

Son xəbərlər
 ⁠
Digər xəbərlər