Sərnişinlərin 40%-i uçuş üçün ən azı 6 ay gözləyəcək – Araşdırma

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası dünya miqyasında sərnişinlərin 40 faizinin hava səyahətləri üçün koronavirus nəzarət altına alındıqdan sonra ən az 6 ay gözləməyi düşündüklərini açıqladı.

Banker.az xəbər verir ki, qərargahı Kanadanın Monreal şəhərində yerləşən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası ABŞ, Böyük Britaniya, Almaniya və Fransa da daxil olmaqla 11 ölkədə Covid-19 böhranının aviasiya sənayesinə təsiri ilə bağlı araşdırmalarını yayımladı.

Araşdırmada Covid-19 tədbirlərinin bitməsindən sonra gözləmədən vətəndaşların 14 faizinin hava səyahətləri etməsi düşündüyü qeyd edildi.

Epidemiyanın yayılması nəzarət altına alındıqdan sonra vətəndaşların 47 faizinin 1-2 ay, 28 faizi 6 ay və 8 faizi 1 il gözləməyi üstün tutduqları və vətəndaşların 4 faizinin yaxın gələcəkdə səyahət etməyi planlaşdırmadığı bildirildi.

Tədqiqatda vətəndaşların təxminən 70 faizinin yenidən hava yolu ilə səyahət etməzdən əvvəl maddi vəziyyətlərinin sabitləşəcəyini gözlədikləri diqqətə çatdırıldı.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər