Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri tarixdə ilk dəfə olaraq ilin yarımilliyi ərzində milyard manatı ötüb keçib. Bu barədə Banker.az Azərbaycanın Dövlət Statistika Komitəsinin cari ilin yanvar-iyun ayları üzrə statistik rəqəmlərinə istinad edir.
DSK bildirib ki, bu müddət ərzində informasiya və rabitə xidmətlərinin dəyəri 1,043.27 milyon (1.04 mlrd.) manata çatıb. Öncəki ilin analoji dövrü ilə müqayisədə bu 4.5% artımdır. Artıma əsas səbəb isə əhaliyə göstərilən xidmətin dəyərindəki artımlardır. Belə ki, 834.73 mln. manatı qeyri-dövlət sektoru 750.82 mln. manatı isə əhaliyə göstərilmiş bu növ xidmətlər təşkil edib.
Ölkə üzrə informasiya və rabitə xidmətlərinin dəyərinə görə ilk pillədə Bakı şəhəri 936.1 mln. manatla durur. Bu göstərici ilə Bakı ş. ölkənin bu bazarı üzrə 90%-ə sahib olması anlamına gəlir.
İkinci pillədə isə 42.99 mln. manatla ölkənin üçüncü ən böyük şəhəri olan Sumqayıt qərarlaşır.
Lakin, Gəncə şəhəri ölkənin ikinci ən böyük şəhəri olsa da, onu, Naxçıvan ş. Abşeron r., Şərur rayonu və Babək rayonu bu siyahıda geri atıb. Burada iki amili nəzrdən keçirmək lazımdır – informasiya və rabitə xidmətlərinin istifadəçi sayı və xidmətin qiymətləri. Nəzəra alsaq ki, məsələn, Gəncə şəhərinin əhalisinin sayı 335 min nəfərin üzərindədir, Şərurda isə rayon üzrə 117 min nəfərdir. Bu da iki dəfə az olması deməkdir.
Cədvəldə göründüyü kimi ölkədə informasiya və rabitə xidmətlərinin dəyərində ən böyük inkişaf Yardımlı r. (50%), Ağdam r. (32%) və Qobustan r-da (26%) gedib.
İnformasiya və rabitə xidmətlərinin dəyəri, min manat | |||
Şəhər və rayonlar | 2020-ci ilin yanvar-iyun aylarında | 2019-cu ilin müvafiq dövründə | İllik dinamika, faizlə |
Bakı şəhəri | 936,099.4 | 904,130.1 | 3.5 |
Sumqayıt şəhəri | 42,991.6 | 35,083.5 | 22.5 |
Naxçıvan şəhəri | 13,208.6 | 12,925.3 | 2.2 |
Abşeron rayonu | 5,536.7 | 4,481.8 | 23.5 |
Şərur rayonu | 3,805.1 | 3,668.8 | 3.7 |
Babək rayonu | 3,249.0 | 3,122.7 | 4.0 |
Gəncə şəhəri | 3,023.1 | 2,643.3 | 14.4 |
Ordubad rayonu | 2,333.9 | 2,278.6 | 2.4 |
Culfa rayonu | 2,028.7 | 1,948.6 | 4.1 |
Lənkəran şəhəri | 1,489.4 | 1,409.9 | 5.6 |
Şəki şəhəri | 1,351.2 | 1,247.1 | 8.3 |
Kəngərli rayonu | 1,300.2 | 1,267.3 | 2.6 |
Zaqatala rayonu | 1,254.3 | 1,174.8 | 6.8 |
Şahbuz rayonu | 1,150.4 | 1,078.0 | 6.7 |
Xaçmaz rayonu | 1,029.5 | 841.8 | 22.3 |
Masallı rayonu | 914.6 | 825.8 | 10.8 |
Qazax rayonu | 874.5 | 828.9 | 5.5 |
Quba rayonu | 860.8 | 794.5 | 8.3 |
Şəmkir rayonu | 821.0 | 740.0 | 10.9 |
Yevlax şəhəri | 800.4 | 758.6 | 5.5 |
Bərdə rayonu | 790.3 | 715.9 | 10.4 |
Tovuz rayonu | 775.3 | 711.6 | 9.0 |
Şirvan şəhəri | 723.9 | 693.3 | 4.4 |
Goranboy rayonu | 706.2 | 673.5 | 4.9 |
Mingəçevir şəhəri | 692.8 | 777.9 | -10.9 |
Qəbələ rayonu | 661.4 | 599.1 | 10.4 |
Qax rayonu | 615.3 | 584.7 | 5.2 |
Göyçay rayonu | 608.0 | 559.1 | 8.7 |
Astara rayonu | 604.7 | 620.7 | -2.6 |
İsmayıllı rayonu | 596.5 | 514.9 | 15.8 |
Qusar rayonu | 583.6 | 529.4 | 10.2 |
Şamaxı rayonu | 578.1 | 550.8 | 5.0 |
Neftçala rayonu | 556.7 | 444.2 | 25.3 |
Sədərək rayonu | 539.9 | 507.7 | 6.3 |
Beyləqan rayonu | 534.3 | 467.2 | 14.4 |
Ağcabədi rayonu | 516.3 | 456.2 | 13.2 |
Göygöl rayonu | 474.7 | 433.8 | 9.4 |
Salyan rayonu | 451.9 | 425.2 | 6.3 |
Cəlilabad rayonu | 451.4 | 416.9 | 8.3 |
Samux rayonu | 444.3 | 406.8 | 9.2 |
Ağstafa rayonu | 439.2 | 406.6 | 8.0 |
Balakən rayonu | 408.4 | 382.7 | 6.7 |
İmişli rayonu | 394.3 | 320.4 | 23.1 |
Hacıqabul rayonu | 391.1 | 357.8 | 9.3 |
Kürdəmir rayonu | 386.7 | 349.2 | 10.7 |
Tərtər rayonu | 383.7 | 344.1 | 11.5 |
Sabirabad rayonu | 383.4 | 339.4 | 13.0 |
Biləsuvar rayonu | 331.7 | 295.6 | 12.2 |
Oğuz rayonu | 327.3 | 291.8 | 12.2 |
Ağdaş rayonu | 320.9 | 282.4 | 13.6 |
Saatlı rayonu | 314.7 | 263.3 | 19.5 |
Gədəbəy rayonu | 309.6 | 262.3 | 18.0 |
Siyəzən rayonu | 290.7 | 257.8 | 12.8 |
Ucar rayonu | 289.0 | 261.2 | 10.6 |
Ağdam rayonu | 271.4 | 205.9 | 31.8 |
Ağsu rayonu | 268.3 | 228.6 | 17.4 |
Zərdab rayonu | 265.5 | 282.0 | -5.9 |
Lerik rayonu | 254.6 | 231.2 | 10.1 |
Yardımlı rayonu | 251.3 | 167.6 | 49.9 |
Şabran rayonu | 234.9 | 194.4 | 20.8 |
Qobustan rayonu | 169.5 | 134.3 | 26.2 |
Naftalan şəhəri | 127.2 | 116.8 | 8.9 |
Füzuli rayonu | 125.9 | 109.1 | 15.4 |
Daşkəsən rayonu | 113.4 | 116.2 | -2.4 |
Xızı rayonu | 111.2 | 104.1 | 6.8 |
Cəbrayıl rayonu | 73.7 | 61.5 | 19.8 |