1 C
Baku
Saturday, December 14, 2024

Səudiyyə Ərəbistanı Asiya üçün neft qiymətlərini artırıb

Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft-qaz şirkəti Asiya ölkələri üçün avqust ayı üzrə “Arab Light” markalı neftinin qiymətini artırıb.

Bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, “Arab Light” markalı neftin bir barelinin qiyməti 0,8 ABŞ dolları artırılıb. Bununla da, sözügedən neft üzrə bonus 2,7 dollar təşkil edir (Oman/Dubai neft növləri səbəti ilə müqayisədə).

Qeyd olunur ki, analitiklər qiymətin 0,65 dollar artacağını proqnozlaşdırırdı.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər