3 C
Baku
Saturday, December 14, 2024

Səudiyyə Ərəbistanı həbs edilən şahzadələrin ilkin istintaqına dair təfərrüatlar açıqladı

Səudiyyə Ərəbistanında korrupsiya cinayətləri törətməkdə şübhəli bilinərək saxlanılan sabiq məmur və sahibkarlar ətraflı dindiriliblər, onların korrupsiya sxemləri ilə əlaqəsini təsdiqləyən bir çox dəlillər toplanıb. “RİA Novosti”yə istinadən, bu barədə Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib bildirib.

“Bu, korrupsiyanın kökünün kəsilməsi üzrə həyati mühüm prosesin başlanğıcıdır, şübhəli şəxslər saxlanılıb, onlar ədalət məhkəməsindən yayına bilməyiblər. Ətraflı dindirilmələr zamanı xeyli sübut toplanıb”, – deyə prokuror qeyd edib.

Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Xalid əl-Mheysan həbslərlə nəticələnən ilkin istintaqın üç il davam etdiyini bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin nümayəndəsi olan 11 şahzadənin və krallığın hazırkı hökumətinin tərkibindəki 4 nazirin (ümumilikdə 40 nəfər) həbs edilməsinə dair qərar qəbul edib.

Səudiyyə Ərəbistanı Korrupsiya ilə Mübarizə Komitəsi kralın fərmanı ilə noyabrın 4-də yaradılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər