Səudiyyə Ərəbistanı iyul ayı ərzində könüllü olaraq gündəlik neft hasilatını daha 1 milyon barel azaldacaq.
Hasilatın azaldılmasının ümumi həcmi sutkada 1,5 milyon barel, hasilat səviyyəsinin özü isə təxminən 9 milyon barel olacaq.
May ayında bir neçə OPEC+ ölkəsi könüllü olaraq neft hasilatını ümumilikdə 1,66 milyon barel azaltmağa başlayıb. Səudiyyə Ərəbistanı isə hasilatı sutkada 500 min barel azaldıb. Əvvəlcə bu qərar 2023-cü ilin sonuna qədər qüvvədə olmalı idisə, iyunun 4-də Vyanada baş tutan sonuncu OPEC+ toplantısında bütün ölkələr onu 2024-cü ilin sonuna qədər uzadıb.
Əlavə azalma neft bazarında sabitliyin və tarazlığın qorunmasına yönəlmiş xəbərdarlıq tədbiridir.
Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman OPEC+ toplantısından sonra keçirilən mətbuat konfransında qeyd edib ki, ölkəsi neft bazarının sabitliyi üçün hər şeyi edəcək.