Səudiyyə Ərəbistanı neft qiymətlərini OPEC+ iclasından sonra açıqlayacaq.
Banker.az xəbər verir ki, bu haqda mənbəyə istinadən “Reuters” xəbər agentliyi məlumat verib.
“Bu, Saudi Aramco şirkətinin əvvəllər heç vaxt tətbiq etmədiyi bir tədbirdir. May ayının qiymətləri OPEC+ iclasının necə başa çatacağından asılı olacaq. Biz bu görüşün uğurlu olması üçün əlimizdən gələni edirik, o cümlədən OSP-nin təxirə salınması”, – agentlik yazır.
Xatırladaq ki, OPEC+ ölkələrinin iclası aprelin 9-da keçiriləcək, tərəflər neft hasilatının azaldılması və qiymətlərin sabitləşdirilməsi məsələlərini müzakirə edəcəklər.
Agentlik qeyd edir ki, Saudi Aramco adətən neft qiymətlərini ayın 5-dək açıqlayır.
Xatırladaq ki, 6 mart tarixində OPEC+ ölkələri neft hasilatının azaldılması məsələsi üzrə ortaq razılığa gələ bilməyiblər və bu, Brent markalı neftin 22 dollardan aşağı düşməsi ilə nəticələnib.