19 C
Baku
Friday, May 3, 2024

Səudiyyə Ərəbistanı və iqtisadiyyat

Səudiyyə Ərəbistanı qiymətlərin enməsi üçün hərəkətverici qüvvədir. Banker.az bu “neft krallığı” haqqında ən maraqlı iqtisadi faktları təqdim edir.

  • Səudiyyə Ərəbistanının paytaxtında hər gün 100-ə yaxın dəvə satılır.
  • Səudiyyə Ərəbistanında işləyən insanların 80%-i əcnəbilərdir.
  • Gavar adlı neft yatağının sahib olduğu neft ehtiyatl ilə 4 770 897 olimpiya hovuzunu doldurmaq mümkündür.
  • Bu ölkənin hərbi xərcləri Əfqanıstanın ÜDM-nu 3 dəfə geridə qoyur.
  • Səudiyyə Ərəbistanı Almaniyadan 6 dəfə böyükdür. Lakin onun bütün ərazisi demək olar ki, səhradır.
  • Səudiyyə Ərəbistanı dünyanın ən yüksək binası olan Kingdom Tower-i inşa edir. Bu binanın hündürlüyü 1 kilometr olacaq. Gözləntilərə əsasən, bu binanın dəyəri 1,23 milyard dollardır.
  • Bu ölkə qadınların avtomobil idarə etməsini qadağan edən yeganə ölkədir.
  • Bundan əlavə, burada hələ də başın vurulması ilə olan edam cəzası qüvvədədir.
  • Səudiyyə Ərəbistanının əhalisinin 47%-i 24 yaşdan kiçikdir.
  • Səudiyyə Ərəbistanının neft sektoru ÜDM-un 45%-ni təşkil edir.
  • Səudiyyə Ərəbistanının sağlamlığın qorunmasına sərf etdiyi məbləğ Sierra-Leone-nin ÜDM-dan 4,5 dəfə çoxdur.
  • 2012-ci ildə 3 milyondan çox müsəlman Kəbəyə həcc ziyarətini həyata keçirib.
Son xəbərlər
 ⁠
Digər xəbərlər