9 C
Baku
Friday, December 13, 2024

Səudiyyə Ərəbistanın Asiyaya göndərdiyi neftin qiyməti qalxacaq

Noyabr ayında Səudiyyə Ərəbistanın Asiyadakı müştərilərinə ixrac etdiyi neftin qiyməti artacaq.

Banker.az xəbər verir ki, Reuters xəbər agentliyinin verdiyi məlumata görə, bunun əsas səbəbi Krallığın neft obyektlərinə edilən hücumlardır.

Asiya ölkələrinə göndərilən “Arab Ligth” neftin qiyməti ən azı 50 sent artacağı gözlənilir.

Vesti.Ekonomika-nın daha əvvəl verdiyi məlumata görə, sentyabrın 14-də Səudiyyə Ərəbistanında dünyanın ən böyük emalı zavodu da daxil olmaqla iki mühüm neft obyektinə hücum edilmişdir. Qeyd edək ki, bu obyektlərdə gündə 5,7 milyon barel neft istehsal olunub. Hadisədə Yəməndəki üsyançılar günahlandırılır.

Krallıq neft ehtiyatlarından istifadə edərək, istehsal həcmini hücumlardan əvvəlki səviyyəyə çatdırmağı bacarıb.

İstehsal həcminin sürətlə bərpa olduğuna görə, mütəxəssislər neft qiymətlərinin artacağını proqnoz edirlər.

“Əgər AL neftinin qiyməti 50 sentdən çox qalxsa, bu, istehsalın tam olaraq bərpa olmamasına işarə edəcək”, – deyə agentliyin həmsöhbətlərindən biri qeyd edib.

Son xəbərlər
Digər xəbərlər