10 C
Baku
Thursday, December 12, 2024

Səudiyyə Ərəbistanında kapitalı $8 mlrd. təşkil edən yeni ixrac bankı fəaliyyətə başlayıb

Səudiyyə Ərəbistanında 30 milyard riyal (8 milyard dollar) kapitalı olan yeni ixrac bankı fəaliyyətə başlayıb.

Banker.az xəbər verir ki, bu haqda ölkənin sənaye və mineral resurslar naziri Bandar əl-Xreif məlumat verib.

“Kapitalı 30 milyard riyal təşkil edən yeni ixrac bankı fəaliyyətə başlayıb”, – nazir bildirib.

Onun sözlərinə görə, ölkədə fəaliyyətə başlamaq istəyən şirkətlər üçün xüsusi asanlaşdırılmış şəraitli sənaye zonaları yaradılır.

Nazir həmçinin qeyd edir ki, krallıq ərazisində üç azad ticarət zonası fəaliyyətə başlamağa hazırdır.

 

 

Son xəbərlər
Digər xəbərlər