22 C
Baku
Wednesday, June 11, 2025

Səudiyyə Ərəbistanı neft bazarında pay uğrunda qiymət müharibəsinə başlayıb

“Bank of America Corp”un əmtəə araşdırmalarının rəhbəri Fransisko Blanşın sözlərinə görə, Səudiyyə Ərəbistanı itirilmiş qlobal neft bazarındakı payını bərpa etmək üçün uzunmüddətli qiymət müharibəsi strategiyasına başlayıb.

“Bu qiymət müharibəsi qəfil və qısamüddətli deyil, ləng və uzunmüddətli xarakterli olacaq”, – deyə Fransisko Blanş söyləyib.

Analitikin sözlərinə görə, bu, daha yüksək istehsal xərcləri ilə üzləşən ABŞ şist istehsalçılarının bazar payını qazanmaq niyyəti ilə bağlıdır.

Bundan əvvəl səkkiz OPEC+ ölkəsi iyul ayında hasilatın sutkada 400 min bareldən çox artdığını elan etmişdi. Daha sonra isə könüllülər qrupu bazarda qiymətləri dəstəkləmək üçün istehsalı məhdudlaşdırmışdı.

Səudiyyə Ərəbistanı digər OPEC ölkələri ilə də rəqabət aparır.

“Onlar 3 ildən artıqdır ki, qiymətləri təkbaşına dəstəkləyir, bu da rəqiblərə hasilatı artırmağa imkan verir. İndi bu dövr sona çatır”, – Blanş bildirib.

Son xəbərlər
Digər xəbərlər