6 C
Baku
Saturday, December 14, 2024

Səudiyyə Ərəbistanı Qəzza zolağı üçün sülh planını açıqlayıb

Səudiyyə Ərəbistanı analitikləri Qəzza zolağında döyüşləri dayandırmaqla İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün sülh planı hazırlayaraq Fransa Xarici İşlər Nazirliyinə təqdim ediblər.

Bu barədə “Monde” qəzeti müvafiq sənədə istinadən xəbər verir.

Plana görə, HƏMAS qruplaşmasının hərbi rəhbərliyinin Əlcəzairə evakuasiya edilməsi, HƏMAS, İslami Cihad və FƏTH-i birləşdirən “keçid şurası”nın formalaşdırılması, onun prezident və parlament seçkilərinin təşkili məqsədi ilə dörd il müddətinə regionun idarə olunmasına məsul təyin olunması təklif edilir. Sənəddə BMT-nin mandatına uyğun olaraq Qəzzada ərəb sülhməramlı qüvvələrinin yerləşdirilməsi də təklif edilir.

Son xəbərlər
Digər xəbərlər