17 C
Baku
Thursday, May 2, 2024

Səudiyyə Ərəbistanında ilk dəfə spirtli içki mağazası açılacaq

Səudiyyə Ərəbistanında alkoqollu içkilərin satıldığı ilk mağazanın açılması planlaşdırılır.

Bu barədə “Röyters” məlumat yayıb.

“Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadda sırf qeyri-müsəlman diplomatlara xidmət göstərəcək ilk içki mağazasını açmağa hazırlaşır”, – deyə məlumatda qeyd olunur.

Mağazaya baş çəkmək üçün diplomatlar xüsusi ərizədə qeydiyyatdan keçməli, Krallığın Xarici İşlər Nazirliyindən giriş kodu almalı və aylıq kvotalara əməl etməlidirlər.

Səudiyyə Ərəbistanı İslam dünyasının ən mühafizəkar ölkələrindən biridir. Burada həm ölkə vətəndaşları, həm də xarici vətəndaşlar tərəfindən spirtli içkilərin istifadəsi tamamilə qadağandır. Qanunun pozulması ölüm cəzası ilə nəticələnə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər